Oğuzda DƏHŞƏTLİ HADİSƏ – Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular

60dLnLfTqWtiqGEaTyYxMRakHGFUmCkvTI1AgT42_1200

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

24Xeber.az -ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Yaralılara döş qəfəsinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 1983-cü il, 1992-ci il və 2011-ci təvəllüdlü şəxslər (hər üçü qadın) ambulator müalicə üçün evə buraxılıblar.

1965-ci il və 1976-cı il təvəllüdlü şəxslər (hər ikisi kişi) daha ixtisaslı tibbi xidmət üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar”, – deyə məlumatda bildirilir.