Bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq

IMG_8031

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

24xeber.az xəbər verir ki, qəza Naxçıvan şəhərinin 6-cı məhəlləsi və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərdə içməli suyun verilişində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi bərpa olunacaq.