Azərbaycanda heyrətamiz göstərici: Bir günə 95 min uşaq

25NeyGgptOZBV5xgtEuTwm3AvSZHREhRUepAiC0C_1200

“Birinci sinfə artıq 100 minə yaxın şagird qəbul edilib”.

24Xeber.az  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul prosesi dünəndən aktivləşib və bir gün ərzində artıq 95 min şagird müsahibəsiz, imtahansız, müsabiqəsiz birinci sinfə qəbul edilib.

Qeyd edək ki, dünən 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb və 5 iyun saat 11:00-dək davam edəcək.