İndoneziya faciə: Yanğında ölənlərin sayı artdı, onlarla insan itkin düşdü

5ljTTjYTBwxx7hD3F6HQV9JSJ5WqgL0tODIZK5XQ_1200


İndoneziyada Banten bölgəsində şirniyyat fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

Bu barədə 24Xeber.az “Haber Global”a istinadən məlumat verir.

Dəhşətli hadisədə həlak olanların sayı 24-ə çatıb.

Xilasetmə qrupları dağıntılar altındakı uçqun riskinə baxmayaraq, hələ də itkin düşmüş hesab edilən təxminən 30 nəfərin axtarışını davam etdirirlər.

Paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə, Banten bölgəsinin Çikande rayonunda yerləşən “PT Fonusa Agung Mulia” şirniyyat fabrikinin binasının alovlanmasının səbəbi araşdırılır.

Prezidentin əmək məsələləri üzrə müşaviri Said İqbalın jurnalistlərə bildirdiyinə görə, təhlükəsizlik protokollarının tətbiqi qiymətləndirilir və fabrikin baş icraçı direktoru dindirilməyə çağırılacaq. İlkin məlumatlara görə, yanğın kondisionerdə baş verən qısaqapanmadan qaynaqlana bilər.

Fabrikin baş icraçı direktoru Stiven Ervin Vijaya bildirib ki, həmin gün fabrikdə iş növbəsində təxminən 300 nəfər olub.