ABŞ-də təyyarə qəzaya uğrayıb: Ölənlər var

tP868PZZVm2MGjLB5QK6wEMH4xEfNbl59T3NGVLq_1200


ABŞ-nin Arizona ştatındakı Böyük Kanyon milli parkının şimal hissəsi yaxınlığında təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər həlak olub.

24Xeber.az xəbərinə görə, bu barədə parkın mətbuat xidməti öz “Facebook” səhifəsində məlumat verib.

“Milli Parklar Xidməti Böyük Kanyon milli parkının şimal hissəsi yerə çırpılmış təyyarə aşkar edib. Qalıqlar Milli Park Xidmətinin əməkdaşları tərəfindən körfəz ərazisində tapılıb. Sağ qalan olmayıb”, – deyə məlumatda bildirilib.

Hadisə ilə bağlı əlavə məlumat verilmir.