İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İstanbulda fasiləsiz yağışların törətdiyi sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 5-ə çatıb.
24Xeber.az –ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Verilən məlumata əsasən, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşən şəxslərdən birinin sağ olaraq tapıldığını bəyan edib.