Hindistanda tunel tikintisində bədbəxt hadisə: Ölənlər var

EKAymnUxNsxSg2I23kiQ9w9lCMEajsMhjmIuUX6p_1200

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında inşa edilən tunelin çökməsi nəticəsində yeddi işçi həyatını itirib, daha bir nəfər isə itkin düşmüş hesab olunur.

24Xeber.az -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ştatın polis idarəsindən jurnalistlərə açıqlama verilib.

Bədbəxt hadisə iki kilometr uzunluğunda olan tunelin daxilində torpaq sürüşməsi səbəbindən baş verib. Qəza anında tuneldə 20-dən çox işçi olub.

Uçqun baş verən ərazidə axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir. Əməliyyatlara Təbii Fəlakətlərə Qarşı Milli Müdaxilə Qüvvələrinin şəxsi heyəti cəlb olunub.