Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı

r3zdSEQ8ZSi2WmHQGYAvuXFSvznRhrtPkU3WdcEs_1200

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı - FOTO
Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı - FOTO