ABŞ-nin zərbələri nəticəsində ölən iranlı hərbçilərin sayı açıqlandı

77aws7Uk0hBU7DznqN3k3p87JX56D6nIatoBRo6d_1200

İyulun 8-nə keçən gecə ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində səkkiz iranlı hərbçi həlak olub.

24Xeber.az  SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.

“ABŞ-nin İranın cənub bölgələrinə qarşı bu səhər törətdiyi cinayətkar təcavüz nəticəsində Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin 8 hərbçisi Bəndər-Abbas və Buşəhrdə düşmən zərbələri nəticəsində həlak olub”, – deyə bəyanatda vurğulanır.

İran ordusu bu zərbələrə görə ABŞ-dən qisas alacağını bəyan edib.

Qeyd edək ki, iyulun 8-də Ağ Ev tərəflər arasında baş verən zərbə mübadiləsindən sonra ABŞ və İran arasında atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıqlayıb.