Kiyevə hava hücumu nəticəsində ölənlərin sayı artdı
Rusiyanın Kiyevə endirdiyi kütləvi aviazərbələr nəticəsində həyatını itirənlərin sayı 17 nəfərə çatıb.24Xeber.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Kiyevdə həlak olanların sayı 17 nəfərə yüksəlib. Hazırda qəza-xilasetmə tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd olunur.