Latviyanın istefa verən müdafiə nazirindən HÖKUMƏT BAŞÇISINA SƏRT İTTİHAMLAR
Latviyada istefaya gedən müdafiə naziri Andris Spruds ilə Baş nazir Evika Silina arasında ciddi mübahisə yaranıb.
24Xeber.az -ın xəbərinə görə, bu barədə LTV kanalı məlumat verib.
Bildirilib ki, hadisə mətbuat konfransı zamanı baş verib. Məmurlar Müdafiə Nazirliyinin rəhbərliyində dəyişikliklərə dair bəyanatlarla bağlı mübahisə ediblər.
Andris Spruds jurnalistlərlə dialoq zamanı istefa verdiyini təsdiq edib. Lakin o, Evika Silinanın bu məsələ ilə bağlı açıqlamalarından narazılığını ifadə edib. Müdafiə naziri onu sərt tənqid və yalan danışmaqda ittiham edib.
“Baş nazir istefa bəyanatımdan bir neçə dəqiqə əvvəl, bu mətbuat konfransından öncəki tviti ilə bu oyunları başlatmağa tələsdi”, – deyə sabiq nazir bildirib.
O qeyd edib ki, istefa qərarı barədə əvvəlcədən məlumat verməsi barədə Evika Silinanın dedikləri yalandır. Andris Spruds əmin edib ki, həmkarlarının heç biri bundan xəbərdar deyildi.
Xatırladaq ki, Latviyanın baş naziri sosial şəbəkədə Müdafiə Nazirliyinin rəhbərinə olan etimadın itməsinə dair paylaşım etmişdi.
Andris Spruds daha əvvəl bildirmişdi ki, PUA insidenti səbəbindən istefa verəcək.
Həmin hadisə mayın 7-də qeydə alınıb. Latviya müdafiə nazirinin sözlərinə görə, dronlar Rezekne şəhərindəki neft anbarına hücum edib. Məlumata görə, Ukrayna PUA-ları Latviyaya düşüblər. Nazirin sözlərinə görə, bunlar Kiyev ordusunun Rusiya obyektlərinə yönləndirdiyi dronlar olub.
Baltikyanı ölkələrin sərhədlərinin qorunması üzrə NATO missiyasının hərbi təyyarələri təcili olaraq hadisə yerinə uçublar.
Eyni zamanda Estoniyanın müdafiə naziri Hanno Pevkur da ukraynalı həmkarlarına respublika ərazisindən öz dronlarını uzaqda saxlamağı israrla tövsiyə edib. Ukrayna Silahlı Qüvvələrinin PUA-ları bu yaxınlarda Estoniyanın hava məkanına uçub. Ölkədə dəfələrlə dron qalıqları aşkarlanıb.