Doha sahillərində gərgin anlar: ABŞ gəmisinə zərbələr endirildi

epOGm2rBU1O0wpPKOxsjrPN6pbDu6TzBPXTBs7RM_1200

İrana məxsus pilotsuz uçuş aparatları Qətər sahilləri yaxınlığında ABŞ şirkətinə aid kommersiya gəmisinə hücum edib.

24Xeber.az  xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-nin “Safesea Group” şirkətinə məxsus “Neha” adlı gəmi Doha yaxınlığında lövbərdə olduğu zaman hücuma məruz qalıb.

Bildirilib ki, dronlardan biri gəmiyə dəyib, digəri isə hədəfi vura bilməyib. Hadisə zamanı gəmidə 23 dənizçi olub, xəsarət alan olmayıb.

Telekanal qeyd edib ki, hücum zamanı gəmi yük daşımayıb və Qətər sahilləri yaxınlığında dayanıb.