İsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilib

7YeQn9IKB45iT4pEUc8DWpJzPtkKA4ID7gG3n5AN_1200

İsrail hərbçiləri Tehrana qarşı genişmiqyaslı əməliyyatların bərpasına tam hazırdır və İranda vurulacaq hədəflərin siyahısını artıq müəyyənləşdirib.

24Xeber.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir məlumat verib.

“Biz nailiyyətlərimizi daha da genişləndirməyə və İran rejimini daha da zəiflətməyə imkan verəcək güclü, genişmiqyaslı əməliyyatlara qayıtmaq üçün tam hazır vəziyyətdəyik. İranda bizim üçün bir sıra yeni hədəflər müəyyən edilib”, – deyə Zamir vurğulayıb. Baş Qərargah rəisinin bu açıqlamasını ordunun mətbuat xidməti yayıb.

E.Zamirin sözlərinə görə, İsrail bir neçə cəbhədə həyata keçirilən əməliyyatlar vasitəsilə regional reallığı dəyişmək üçün tarixi imkana sahibdir. O, həmçinin əlavə edib ki, ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlıq və koordinasiya davam etdirilir, mövcud vəziyyət isə diqqətlə izlənilir.