Gəncədə qız qaçırmağa görə DAVA DÜŞDÜ – Xəsarət alanlar var

XovrkLUd0e4uhlmLqRQoFqtkz0IWTVKbiiml7FUB_1200

Gəncədə kütləvi dava olub.

24Xeber.az  APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Hüseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdiriliblər.

Onlara ilkin tibbi yardım edilib.

İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.