Rusiyada ticarət mərkəzində güclü yanğın baş verib
Rusiyanın Novosibirsk vilayətinin İskitim şəhərində yerləşən “Apelsin” ticarət mərkəzində yanğın baş verib, alov 5 000 kvadratmetr sahədə lokallaşdırılıb.
24Xeber.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Nazirlikdən əlavə ediblər ki, yanğının söndürülməsinə 80-dən çox şəxsi heyət və 27 ədəd texnika cəlb olunub.