Rusiyada ticarət mərkəzində güclü yanğın baş verib

YjdTOwDGke9B82DqCaf6G3GBNkrC1Q5LDdMQmkTK_1200

Rusiyanın Novosibirsk vilayətinin İskitim şəhərində yerləşən “Apelsin” ticarət mərkəzində yanğın baş verib, alov 5 000 kvadratmetr sahədə lokallaşdırılıb.

24Xeber.az  xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Nazirlikdən əlavə ediblər ki, yanğının söndürülməsinə 80-dən çox şəxsi heyət və 27 ədəd texnika cəlb olunub.