Premyer Liqa: “Kəpəz” “Sumqayıt”ı məğlub etdi
Misli Premyer Liqasında 30-cu tura start verilib.
24Xeber.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Sumqayıt” səfərdə “Kəpəz”lə üz-üzə gəlib.
Yevlax şəhər stadionundakı keçirilən görüş Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 2:1.
“Kəpəz”in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran “Kəpəz” 10-cu pillədə qərarlaşıb. “Sumqayıt” 38 xalla 7-ci sıradadır.
Günün ikinci matçında “Araz-Naxçıvan” və “İmişli” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.