Culfada kanaldan qadın meyiti tapıldı

lAgW9oSCU6RMitfPFVYQgnoY2Rlx7RKwCMZ3MvVE_1200

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb.

24Xeber.az  “Report”a istinadla xəbər verir ki, bu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyitin Ordubad rayonunun Baş Dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsus olduğu məlum olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.