Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı
Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
24Xeber.az bildirir ki, bu barədə regionun başçısı Oktavio Qusman “X” sosial şəbəkəsində məlumat verib.
“Panamerika şossesində, El-Tunel rayonunda (Kaxibio bələdiyyəsi) partlayıcı qurğu işə salınıb. bu, mülki əhaliyə qarşı törədilmiş hücumdur”, – deyə o yazıb.
Kolumbiya Prezidenti Qustavo Petro öz bloqunda baş verənləri terrorçuluq və faşizm adlandırıb. O, əhaliyə qarşı hücumda Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin üzvlərini ittiham edib.
Q.Petro bildirib ki, hazırda terror aktının təşkilatçısı məlumdur – bu, “Marlon” ləqəbli silahlıdır.