İran rəhbərliyində fikirlər haçalanır: Ağ Evlə mümkün razılaşma daxili ziddiyyətləri kəskinləşdirib

xsiXk5y8h6lbUmPupNMFlTOPEVgar3fk6K3bQtIm_1200

İranın rəhbərliyində ABŞ ilə razılaşma və müharibənin başa çatdırılması üçün mümkün güzəştlər barədə fikir ayrılıqları güclənir.

24Xeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə və analitiklərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hələ aprelin əvvəlində yaranmış gərginlik son günlərdə nəzərəçarpacaq dərəcədə artıb. Rəsmi Tehran danışıqlarla bağlı əsas sualları cavablandırmaqdan yayınmağa başlayıb.

Məqalə müəllifləri qeyd edirlər ki, fəal döyüş əməliyyatları dövründə İran elitası birlik nümayiş etdirib. Lakin atəşkəs fonunda prioritet sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasına yönəlib, bu isə mürəkkəb kompromislər tələb edir. Belə vəziyyət İslam İnqilab Keşikçiləri Korpusunda (SEPAH) sərt xətt tərəfdarları ilə iqtisadiyyatın bərpasına yönəlmiş mülki məmurlar arasındakı mübarizəni kəskinləşdirib.

Bildirilir ki, mühafizəkar dairələr danışıqlar aparanlara təzyiqləri artırır, onları KİV və sosial şəbəkələr vasitəsilə tənqid edirlər. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı nüvə proqramının müzakirəsinə görə hədəfə alınıblar.

Ekspertlər hesab edir ki, daxili mübahisələr Vaşinqtonla dialoqu çətinləşdirir və İran hakimiyyətinin ölkə hüdudlarında mövqelərini zəiflədə bilər.