Əfqanıstanda güclü yağışlar səbəbindən ev çökdü, bir ailənin beş üzvü öldü

icXLUOImGYCQ1HhYpHEVqB1Dm4KRFxtCB1y9siCL_1200

Əfqanıstanın Badqis vilayətində yaşayış evinin damının çökməsi nəticəsində dörd uşaq və bir qadın olmaqla ailənin beş üzvü həlak olub.

24Xeber.az  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında bölgənin inzibati mərkəzi olan Qala-e-Nau şəhərində baş verib. Ailənin daha iki üzvü yaralanıb və xəstəxanaya yerləşdirilib.

Daha əvvəl oxşar hadisə Vardak vilayətində baş verib. Orada damın çökməsi nəticəsində iki nəfər həlak olub. Hakimiyyət orqanları qeyd edir ki, müharibədən sonrakı Əfqanıstanda bir çox ailə əlverişsiz hava şəraitinə qarşı xüsusilə həssas olan çiy kərpicdən tikilmiş evlərdə yaşayırlar. Son həftələrdə ölkənin bir sıra bölgələrində güclü yağışlar və daşqınlar müşahidə olunur ki, bu da belə faciələrin baş vermə riskini artırır.