Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın Vaşinqtonla dialoqundа vasitəçi rolunu oynayan Pakistan tərəfinə İslam Respublikasının mövqeyini, həmçinin ABŞ-nin tələblərinə dair qeydlərini çatdırıb.
24Xeber.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, iranlı diplomat İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşdə ölkəsinin mövqeyini və Tehranın ABŞ-nin tələblərinə dair etirazlarını şərh edib.
Qeyd olunur ki, görüş zamanı regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə edilib.