Türkiyə Qran-prisi “Formula-1″ə qayıdır
Dünyanın ən nüfuzlu avtoidman yarışlarından olan “Formula-1” üzrə dünya çempionatının təqviminə Türkiyə Qran-prisi yenidən daxil edilir.
24Xeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəhəng avtomobil yarışının Türkiyədəki mərhələsinin 2027-ci ildən etibarən yenidən keçirilməsi nəzərdə tutulur.
İmzalanması planlaşdırılan beşillik müqavilə şərtlərinə əsasən, həyata keçiriləcək bu mərhələnin gələcəkdə “Formula-1” yarış təqviminin daimi hissəsinə çevrilmə ehtimalı var.
Xatırladaq ki, Türkiyə ərazisində ilk “Formula-1” yarışı 2005-ci ildə İstanbulun Tuzla rayonunda təşkil edilmişdi. İlk müqavilə yeddi ildən sonra uzadılmamışdı. Pandemiya dönəmində, yəni 2020-ci və 2021-ci ildə “Formula-1” çempionatı yenidən “İstanbul Park” avtodromuna qayıtmışdı.