Türkiyəli güləşçi Rıza Kayaalp adını tarixə yazdı

DFZ58idGAGkQP8FIlIg00hXjFfYAcDmBmz2O3cbN_1200

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Rıza Kayaalp 13-cü dəfə qitənin ən güclüsü olub.

24Xeber.az  İHA agentliyinə istinadən xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda macarıstanlı rəqibi Darius Atilla Viteki 7:1 hesabı ilə məğlub edib.

R.Kayaalp bu qələbə sayəsində 13-cü dəfə Avropa çempionu adını qazanaraq əfsanəvi rusiyalı güləşçi Aleksandr Karelininin rekordunu yeniləyib.

Qeyd edək ki, türkiyəli güləşçi Avropa çempionatında 15 dəfə finala çıxıb.