“Fənərbağça” Türkiyə Kuboku ilə vidalaşdı

GcmrwzT7BAMefHoRslPeCcyvmCFiYf0hrwCQQrCG_1200

Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbağça” səfərdə “Konyaspor”un qonağı olub.

24Xeber.az  xəbər verir ki, matçın əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Görüşə əlavə edilmiş hissələrdə ev sahibləri fərqlənərək növbəti mərhələyə adlayıblar.

Qarşılaşmada yeganə qolu 120-ci dəqiqədə Jevtoviç penaltidən vurub. “Fənərbağça” isə Türkiyə Kubokunda mübarizəni dayandırıb.