Yaş ötdükcə dəri prosedurlarının effektivliyi niyə azalır?

emgTz8xqeAnc6oZg8dJwLdQe6ptAhlo0zFi7yEdE_1200

40 yaşdan etibarən kosmetoloji prosedurlardan sonra dərinin bərpaolunma qabiliyyəti zəifləyir.

24Xeber.az  xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq Yekaterina Vasilyeva Gazeta.ru-ya açıqlama verib.

“Kosmetoloji müdaxilələr zamanı nəzərə almaq lazımdır ki, yaş artdıqca dərinin bu cür prosedurlara reaksiyası dəyişir. Gənc yaşlarda bir prosedur bir il müddətinə kifayət edirsə, 40 yaşdan sonra bunu altı aydan bir, 65 yaşdan sonra isə daha tez-tez təkrarlamaq tələb olunur. Bunun əsas səbəbi orqanizmin zamanla regenerasiya və özünübərpa funksiyalarının zəifləməsidir”, – deyə həkim bildirib.

O, yaşla əlaqədar dəyişən hormonal statusun dərinin hüceyrə aktivliyinə birbaşa təsir etdiyini vurğulayıb. Xüsusilə, qadınlarda menopauza dövründə estrogen səviyyəsinin aşağı düşməsi dərinin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Estrogenlər təkcə dərinin nəmlənməsində deyil, həm də onun həyat fəaliyyəti və bərpası üçün vacib olan hüceyrə aktivliyinin qorunmasında mühüm rol oynayır.

Həkimin sözlərinə görə, 65 yaşdan yuxarı qadınlarda estrogen çatışmazlığı kosmetoloji prosedurların səmərəliliyini ciddi şəkildə azalda bilər. Əgər hormonəvəzləyici terapiya aparılmırsa, prosedurların təsiri bəzən cəmi üç ay davam edə bilir. Bu da dərinin sağlamlığını qorumaq üçün hormonal vəziyyətin müntəzəm yoxlanılmasının vacibliyini göstərir.

Mütəxəssis kosmetoloji prosedurların ən azı hər dörd aydan bir həyata keçirilməsini tövsiyə edib. Vasilyevanın izahına görə, bu yanaşma dərini yaxşı vəziyyətdə saxlamağa və orqanizmin təbii ehtiyatlarının azalmasını kompensasiya etməyə imkan verir.