Britaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar

5BVZD6ZCxOJSeXdaOxeo4RiMfHTYnbu020aJYmTd_1200

Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.

24Xeber.az xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri krallığın Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq yayıb.

Böyük Britaniya Krallığının Müdafiə Nazirliyindən bildirilib ki, minaların axtarışı və zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış Kral Dəniz Qüvvələrinin ekspertləri Hörmüz boğazı ərazisində lazımi tədbirləri həyata keçirməyə hazırlıq görürlər.

Birləşmiş Krallıq eyni zamanda boğazda hərəkət təhlükəsizliyini qorumaq məqsədilə irəli sürülən beynəlxalq missiya çərçivəsində avtonom minaaxtaran qurğular ayıracağını da təsdiq edib.

“Politico” nəşrinin təhlilinə əsasən, rəsmi London bu addımı ilə ABŞ Prezidenti Donald Trampa Fars körfəzindəki strateji su yolunun mühafizəsinə mühüm dəstək vermək niyyətində olduğunu nümayiş etdirməyə çalışır.

Xatırladaq ki, ötən ay Böyük Britaniya Fars körfəzinə hərbi donanma gəmisi və ya minalara qarşı avtonom sistemlərlə təchiz edilmiş ticarət gəmisi yollamaq variantını nəzərdən keçirdiyini açıqlamışdı.