“Brent” markalı neft bahalaşdı

e8sE4tciJsDdupfpAPvHwx6duC3hL7Ab2ogbjMMm_1200

Qlobal bazarda neft bahalaşıb.

24Xeber.az  xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur.

Bakı vaxtı ilə saat 9:20-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.48 dollar (1.45%) artaraq bir barel üçün 103.39 dollara çatıb. Əvvəlki sessiyada “Brent”in bir bareli 3.43 dollar (3.48%) artaraq 101.91 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.42 dollar (1.53%) artaraq bir barel üçün 94.38 dollara yüksəlib. Əvvəlki sessiyada WTI markalı xam neftin qiyməti 3.29 dollar (3.67%) artaraq bir barel üçün 92.96 dollar təşkil etmişdi.