İsrail ordusu “Hizbullah”ın 200 hədəfini vurdu
İsrail ordusu Livanda yerləşən “Hizbullah” qruplaşmasının obyektlərinə qarşı hərbi əməliyyatlarını dayandırmır. Son sutka ərzində ölkənin cənub hissəsində 200 müxtəlif hədəf vurulub.
24Xeber.az -ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti bəyanat yayıb.
Hücuma məruz qalan hədəflər sırasında hərbi təyinatlı infrastrukturun və 20 raket buraxılış qurğusunun olduğu vurğulanıb.