Zəngilan rayonunda 91 milyon manatlıq tender elan edilib
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması üçün tender elan edib.
24Xeber.az -ın məlumatına görə, qurum layihə çərçivəsində görüləcək işlər üçün 90 milyon 924 min 427 manat ödəməyi planlaşdırır.
Qeyd edək ki, keçiriləcək tenderdə iştirak haqqı 10 000 manat müəyyən edilib.