KİV: Alen Simonyan İstanbulda Sahibə Qafarova ilə görüşəcək

nZMSpfak4PNPanQMMQ6XnjZhukqhWlD702lySbU1_1200

İstanbulda baş tutacaq Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında Milli Məclisin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyan arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

24Xeber.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Alen Simonyan məlumat verib.

Qeyd edilib ki, tədbir çərçivəsində eləcə də Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşün keçirilməsi planlaşdırılır.

“Tədbirdə dünyanın bir çox ölkələrinin parlament rəhbərlərinin iştirakı gözlənilir. Hazırkı məqamda azərbaycanlı və gürcüstanlı həmkarlarımla görüşlərin keçirilməsi nəzərdə tutulub”, – deyə Simonyan əlavə edib.