Çin lideri Yaxın Şərqdə sabitliyin təmin edilməsi yollarını açıqladı

Qs8Thp6xaOUPq70LA0Ro8nMpMfH5tYRfth38R7i6_1200

Çin lideri Si Cinpin Yaxın Şərqdə sülhün əldə edilməsi ilə bağlı təkliflərini açıqlayıb.

24Xeber.az  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyinin materialında qeyd olunub ki, Si Cinpin sözügedən bölgədə sülhün və sabitliyin qorunması, möhkəmləndirilməsi ilə bağlı dörd təklif irəli sürüb:

“Çin lideri dinc yanaşı yaşama prinsipinə riayət edilməsinin və Fars körfəzi ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına, həmçinin regionda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına kömək göstərilməsinin zəruriliyini vurğulayıb.

Bundan əlavə, o, region dövlətlərinin milli suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyinə diqqət çəkib”.

O, həmçinin beynəlxalq hüquqa riayət edilməsinin, inkişaf və təhlükəsizliyin əlaqələndirilməsi prinsipinin müdafiə olunmasının mühümlüyünü nəzərə çatdırıb.