AQEM-in baş katibi Qadınlar Şurasının əsas məqsədini AÇIQLADI
“Sülh, inkişaf üçün qadının səsi, rolu güclənməlidir”.
24Xeber.az xəbər verir ki, bu fikirləri AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında bildirib.
O bildirib ki, yaradılan Qadınlar Şurasının əsas məqsədi təşkilat çərçivəsində təcrübə mübadiləsi olacaq:
“Həmçinin bu, dövlətlərin qadınlarla bağlı fikrini daha yaxşı formada formalaşmasına kömək edəcək. Demək olar ki, Azərbaycanın təşəbbüsü ilə AQEM-də yeni dövr başlayır”.