İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq – Şübhəlilər Bakıda tutuldular

IXO8YDIJysZ3dtAi5vSa3VUDwKhb49XeUo5QKPP5_1200

İsmayıllı rayonunda quldurluq hadisəsi baş verib.

Naməlum şəxslər müştəri qismində mindikləri taksinin sürücüsünə xəsarət yetirərək nəqliyyat vasitəsini ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan 24Xeber.az -a bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubovun Bakı ərazisində gizləndikləri yer polis əməkdaşları tərəfindən müəyyən edilib və onlar saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.