Livan və İsrailin ABŞ-dəki səfirləri aprelin 14-də görüş barədə razılaşıblar
Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad israilli həmkarı Yehiel Layter ilə aprelin 14-də ABŞ Dövlət Departamentində görüş keçirmək barədə razılığa gəlib.
24Xeber.az xəbər verir ki, bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında keçirilmiş telefon danışığı zamanı gələn həftə görüşün keçirilməsi barədə razılıq əldə olunub.
Qeyd olunub ki, səfirlər ABŞ-nin vasitəçiliyi ilə planlaşdırılan danışıqların başlanma tarixini müzakirə edəcəklər.