ABŞ-nin hücum təyyarəsi qəzaya uğrayıb

FDHngb0SdXGLMV0TqLauZQJJuIzMgLnzGqz39Eg8_1200

Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “A-10 Thunderbolt II” hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

24Xeber.az bildirir ki, bu barədə “The New York Times” qəzeti ABŞ-nin iki məmuruna istinadən xəbər verir.

Pilot təyyarədən vaxtında katapult edib və axtarış-xilasetmə əməliyyatı nəticəsində sağ-salamat tapılaraq bazaya təxliyə edilib.

Nəşr qəzanın səbəbini açıqlamayıb.