Yaponiya uzaqmənzilli raket sistemlərini aktivləşdirir

HOx1xy4RbP5d2iZ3ePVjlhwGgakCtvBzzapBbQO1_1200

Yaponiya silahlı qüvvələri Kumamoto və Şizuoka şəhərlərində uzaqmənzilli raket sistemlərinin dislokasiyası prosesinə start verib.

24Xeber.az xəbər verir ki, bu barədə Çinin “Sohu” portalı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, indiyədək Yaponiyanın arsenalında başqa ölkələrin ərazisinə çatmaq qabiliyyətinə malik raketlər mövcud olmayıb. Ekspertlərin fikrincə, ehtimal olunan hərbi toqquşma halında həmin sistemlərin qurulduğu bölgələr birbaşa hədəfə çevrilə bilər. Bu isə yerli əhalinin təhlükəsizliklə bağlı ciddi narahatlığına səbəb olub.

Kumamoto şəhərində mobil buraxılış qurğusunda yerləşən 12-ci tipli gəmi əleyhinə yerüstü raket komplekslərinin quraşdırılması nəzərdə tutulur. Şizuokada isə yüksək sürətli planlaşdırıcı blokları olan sistemlər yer alacaq.

Eyni zamanda, 2026-cı ilə kimi oxşar hərbi komplekslərin Hokkaydo və Miyazaki prefekturalarında da dislokasiyası planlaşdırılıb.

Çin mediasının məlumatına əsasən, sözügedən raketlərin uçuş məsafəsi 1000 kilometrdən çoxdur. Bununla yanaşı, Yaponiya 2000 kilometr uzaqmənzilli raket sistemlərinin yaradılması üzərində də işləyir.