Bütün Kuba qaranlığa qərq olub

unAN15Bd1Wrnu3Qmv50ElKN5ubpAPzqj87BWXB0J_1200

Kubanın bütün ərazisində növbəti dəfə elektrik enerjisinin tam kəsilməsi baş verib.

24Xeber.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda, elektrik enerjisinin verilməsinin bərpa olunma müddəti açıqlanmır. Qurumdan qeyd edilib ki, enerji təchizatının bərpası üzrə protokollar artıq hazırlanır.

Daha əvvəl Kubada elektrik enerjisinin kəsilməsi martın 16-da baş vermişdi.