Xarabalığa çevrilmiş unikal tarixi abidə
24Xeber.az xeber verir ki,Balakən rayonunun Talalar kəndində yerləşən Nur kilsəsi tarixə qovuşmaq üzrədir. Alban dövrünün erkən xristian abidələrindən hesab olunan məbədin həm restavrasiya edilməsinə, həm də tədqiq olunmasına ehtiyac var.
Tarixçi Akif Məmmədlinin sözlərinə görə, məbədin zəng qülləsi hər an aşa bilər. Əsas bina erkən orta əsrlərə aid olsa da, zəng qülləsinin IX-XI əsrlərdə əlavə edildiyi ehtimal olunur. Tikintidə yerli çaydaşı və bişmiş əhəngdən istifadə edilib.