Hərbi xidmətə getməyə hazırlaşan gənc BMW ilə avtoşluq etdi
Bakı şəhərinin Səbail rayonu, Bayraq Meydanı ərazisində avtoşluq edən şəxs saxlanılıb.
24XEBER.AZ “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2008-cı ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olan F.S. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, ay yarım sonra əsgər gedəcək 18 yaşlı F.S. BMW markalı avtomobili idarə etmək üçün Bayraq Meydanına yollanıb. O, ərazidə avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq edib.