Tramp neft tankerlərini Hörmüz boğazından qorxmadan keçməyə çağırıb

o2cgMeChBEafFb5Ngcs6bSU5oKDc6SzLXS8zr2r3_1200

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın fikrincə, neft daşıyan gəmilər Hörmüz boğazından heç nədən çəkinmədən, cəsarətlə hərəkət etməlidirlər.

24XEBER.AZ məlumat verir ki, dövlət başçısı bu barədə fikirlərini “Fox News” telekanalına müsahibəsi zamanı səsləndirib.

“Cəsarət nümayiş etdirərək Hörmüz boğazından irəliləməlisiniz. Çəkinməli heç bir hal yoxdur. Onların (İranın) hərbi dəniz qüvvələri mövcud deyil, çünki biz onların bütün gəmilərini batırmışıq”, – deyə Tramp qeyd edib.