İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 60-ı ötdü

mekteb-miyanab

İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücum nəticəsində 24 nəfər həlak olub.

24xeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb.Yaralıların sayı barədə məlumat verilməyib.***İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.Məlumatı İran mediası yayıb.Bildirilib ki, hadisə nəticəsində 48 nəfər xəsarət alıb.***İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.Bu barədə “Tasnim” məlumat yayıb.Hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 nəfər isə yaralanıb.***İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 57 nəfərə qalxıb.***İranda qızlar məktəbinə hücum nəticəsində ölənlərin sayı 63-ə çatıb.Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.