Ata Abdullayev şərti azadlığa buraxılıb
Ata Abdullayev məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.
24xeber.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən, cəzasının çəkilməmiş hissəsindən azad edilərək şərti azadlığa buraxılıb.
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs olunan bloqer Ata Abdullayev azadlığa buraxılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.Abdullayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib və o, azadlığa buraxılıb.
Xatırladaq ki, A.Abdullayev 2021-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 7 il azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, məlumatı ilk olaraq Bakues.az saytı yayıb.