Sabirabadda qadın dəm qazından boğulub öldü

0
IMG_7418

Sabirabad rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

24xeber.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Hüseyn Cavid küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olarkən dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir