Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürüb

0
IMG_7417

Qax rayonunun Güllük kəndi ərazisində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir