Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi

rsSYt02oXg0tUY7UuDeFTc6e7UFgjZAhdQDO62eH_1200


Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.

24Xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.

Məlumata görə, restoranda təxminən 34 əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirib.

Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya aparıldığı qeyd olunur.

Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.