İndoneziyada güclü zəlzələ baş verib

495hc3KdQ8PSe0CaeDGbdoJ8RDoVFQiRWeiUCVIE_1200


İndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 7.1 bal gücündə zəlzələ baş verib.

24Xeber.az TASS-a istinadən xəbərinə görə, bu barədə yerli seysmoloji xidmətdən məlumat verilib.

Məlumata görə, zəlzələnin ocağı Aru adasından cənub-qərbdə yerləşib.

Təkanlar İndoneziyanın bəzi ərazilərində hiss olunub. Xəsarət alanlar və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.