Kamran Əliyev yeni rəis təyin etdi

IMG_7661

Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.

24xeber.az  “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Amid Asif oğlu Verdiyev Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.