Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti aprelin 28-i gün ərzində də davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, 28 aprel tarixində gecə saatlarından başlayaraq küləyin sürəti azalmağa başlayacaq.