Xaçmazda qatarla avtomobil toqquşub, ölən var

IMG_7637

24xeber.az APA-a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kəndində dəmir yolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, qatar dəmir yolu keçidini keçən “VAZ” markalı minik avtomobilini vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayonunun Ağtala kənd sakini 22 yaşlı Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.